Şirkət Haqqında

“FF Group of Companies” 2008-ci ildə Azərbaycanda təsis edilmişdir. İlk olaraq, əsas hədəfimiz mühəndislik, memarlıq, tikinti xidmətlərindən maksimum dərəcədə faydalanaraq gördüyümüz hər bir işi uğurla həyata keçirməkdən ibarətdir. Biz həm ölkə daxilində, həm də ölkədən kənarda məqsədimizə nail olmuşuq: peşəkar memar, layihə rəhbərləri və texniki personaldan ibarət olan işçi heyəti ilə sürətli rəqabət sayəsində şirkət qısa müddət ərzində şöhrət qazanmışdır. 2015-ci ildə İstanbulda təsis edilmiş ofisimizdə də peşəkar işçilərlə birgə eyni uğura imza atmağı qarşımıza məqsəd qoymuşuq. Xidmət göstərdiyi sektorlarda etibarlılığın simvolu olan “FF Group of Companies” tərkibində olan bir çox müxtəlif şirkətlər ilə fəaliyyətini davam etdirməkdədir. Reynaers, Schüco, Elvin və Sapa Avropa şirkətləri, habelə Asaş və Saray Türk şirkətləri ilə əməkdaşlıq müştərinin tələbatına və zövqünə xas yüksək keyfiyyət və texnoloji baxımdan strukturların müasir dizayna uyğunluğunu təmin etmişdir. Şirkət memarlıq dizaynını tam əhatə edən ən müasir tikinti texnologiyalarına əsaslanaraq işləri həyata keçirməyi qarşısına məqsəd qoymuşdur. Nikel Metal Ltd.Şti Jotun Boya (rəsmi distributor), Reynaers (rəsmi distributor) kimi şirkətlər “FF Group of Companies” şirkətinin tərkibində fəaliyyət göstərir. FF Group layihələri həm Bakı şəhərində (Azərbaycanda), həm də İstanbul şəhərindəki ofisimizdə (Türkiyə) həyata keçirilir. Müştərilərimizin tələbatlarını qarşılamaq üçün biz öz işimizi daima sevərək həyata keçiririk. Müştəri məmnuniyyətinə əsaslanan siyasətimiz sayəsində “FF Group of Companies” 2012-ci ildə "AzeriBusiness Award-2012" mükafatına layiq görülmüşdür. Bu mükafat bizim düzgün yolda olduğumuzun bariz nümunəsidir.

Missiyamız

Fəaliyyət göstərdiyimiz sektorlarda müştəri orientasiyasını və məmnuniyyətini daima ən yüksək səviyyədə saxlamaq, məhsul və xidmətlərimizi milli və beynəlxalq keyfiyyət standartlarına uyğun təqdim etməkdir. Ən əhəmiyyətlisi isə hər zaman ilk üstünlük verilən firma olmaqdır.

“FF Group of Companies” olaraq bu günkü gündən daha yaxşı gələcəyə imza atmaq məqsədilə fəaliyyət göstərdiyimiz hər sahədə ardıcıl olaraq yaxşılaşdırmanı və inkişafı təmin etməkdir.

Vizyonumuz

Mükafatlarımız