Fəaliyyət Növləri

Layihələr qəbul edildikdə onun dizaynına aid lazımi materialların listəsi çıxarılır və o zaman əgər bizdə dizaynda taxta ağac konstruktiv elementlər varsa biz onu peşəkarlıqla həyata keçirik. Dizayna uyğun çizim edilir və taxtalar taxta-ahşaplı laminatın çizim ölçüsünə uyğun olaraq bölünür. Ağac və taxta materialından əsasən fasad və interierdə istifadə olunur. Eksterierdə isə taxta-laminat, taxta ahşaplı-kompozisiyalardan da istifadə edirik.

Hansı ki, bu materialları binaya yerləşdirdikdə, binanı növbəti addımda divarları və sütunların yüksək keyfiyyətli izolyasiyası ilə köçürürük. Taxta panellərimizi binaya oturtmadan öncə arxa hissəsinə dayaq üçün profillərdən istifadə edirik. Bütün işlər bitdikdən sonra lazım gəldikdə həmin ağac-taxta materialımızın üzlüyünə lak-və lazımlı dərmanlar istifadə edilir

. Bəzi hallarda isə müəyyən zaman sonra taxta işlədilən hissələrə baxış keçirilərək yerindəcə lazımlı preparatlardan istifadə edirik.

Bina və qurğuların inşaat konstruksiyalarının (beton, dəmir-beton, polad, aluminium, ağac, daş və xrizotilsement) mənfi 50 -dən müsbət 50°с-yə qədər temperatura malik olan aqressiv mühitlərin təsirindən mühafizəsinin layihələndirilməsinə şamil olunur. İnşaat konstruksiyalarının mühafizəsi korroziyaya davamlı materiallar tətbiq etməklə və konstruktiv tələbləri yerinə yetirməklə (ilkin mühafizə), konstruksiyaların səthinə metal, oksid, lakboyalı, metallı-lakboya və mastika örtükləri çəkməklə, sürtkü, təbəqə, üzlük və digər materiallar çəkməklə (ikinci müdafiə), həmçinin elektrokimyəvi üsullar tətbiq etməklə həyata keçirilməlidir.

1.Metal konstruksiyalar

Sütun və dayaq divarlarına xüsusi metal konstruksiyalar vasitəsilə binaya dayanıqlılıq verilir.metal dirəklərdən və metal profillərdən istifadə edilir. Alternativ məhsullarla müqayisədə polad, yüngül, yüksək gücü və davamlılığı, hər bir mərtəbə sinfi və zəlzələ zonaları üçün ən doğru olan daha elastik struktur və sünilik xüsusiyyətləri tikinti materialları işlədilir. Polad tikinti elementlərinin istehsalı və quraşdırılması zamanı digər alternativ strukturlardan daha qısamüddətlidir.polad tikinti quruluşu təməl tikililərin və möhkəmlətmə sahələrinin ilkin işlərində alternativ strukturlara nisbətən iqtisadi mənfəətin və vaxtın böyük üstünlüyünü təmin edir.

2.Ekstruzion panel və lövhələrdən qoruyucu konstruksiyalar

Panel- sandviç panelləri, sənaye sektorunun ehtiyaclarını ödəyən və həyatın daha asan və rahat olmasını təmin edən binalarda izolyasiya quruluşuna əsasən istilik, su, səs izolyasiyası və yanğın təhlükəsizliyi təmin edir. Ekonomik, estetik və yüksək keyfiyyətdə olan, xarici atmosfer şəraitindən qorunaraq quruluşu təhlükəsiz şəkildə həyata keçirir. Son zamanlarda ölkəmizdəki sosial və sənaye strukturları, fabriklər və anbarlar, ticarət mərkəzləri və s. Daxili bölmə və ya soyuq hava kameraları kimi bir çox binada örtük materialı kimi istifadə olunur.

Fasad-cəbhə sistemimizdə müxtəlif növ material və sistemlərdən istifadə edirik. İlk öncə memarlarımız layihənin dizaynı ilə tanış olub sonra isə dizayna uyğun material kataloqlarından uyğun olanları seçərək müştəriyə təqdim edərək razılıq əldə etdikdən sonra emalat çizgiləri çizilir və həmin çizgilər əsasında materiallar emal və montaj olunur.

1. Fasad və dekorativ bəzək işləri -fasad çizgiləri hazırlandıqdan sonra seçilən hər hansı bir materialımız bina üzərində-çizimdə otuzdurulur.

Bu materialların əsas siyahısı bunlardır:

1. Kompozit aluminium panel

2. Panel lövhələr 3. Fasad-daş üzlüklərindən (sinterflex, keramaqranit, məmər, aqlay və s.)

4. Fasad lamina

5. Aluminium profil üzərinə şüşə vitrajlar.

6. Qapı və pəncərə sistemləri

7. Fibrobeton panellər

Verilən layihədə hansı bölümdə ki bizim stansiya və texniki otaqlarımız olacaq onlar ilkin olaraq çizimlərdə otuzdurulur. Layihədə yerləri və olçüləri funksionallığı təyin edildikdən sonra büdcə hesablanır və ona uyğun olaraq firmalardan avadanlıqlar araşdırılır və sifarişə keçirilir.

Tikintiyə başlamazdan öncə ilkin olaraq layihə ilə tanış olub və sifarişçiylə son qərar qəbul edilir. Layihənin memarlıq həlli olunduqdan sonra onun konstruksiya həlli edilir. Daha sonra isə dizayn edilir.tikintinin növündən asılı olaraq konstruksiyası ona görə müəyyən edilir. Layihənin konstruksiyası çizilir və ona uyğun da material siyahısı çıxarılır və layihənin memarı tərəfindən sifarişə keçirilir.

1. Bina və qurğuların polad konstruksiyaları

Arxitekturada sərhədsiz həll imkanı, layihədə çox daha estetik və gələcəyə dönük qalıcı problemsiz istifadə etməyə imkan verir. Yer iştirak ediləcək dəyişikliklərə və böyütmə ya da kiçiltmə əməliyyatlarında sürətli və problemsiz bir keçid imkanı verir. İstənildiyi təqdirdə polad daşıyıcı sistemin hamısı zərərsiz olaraq sökülərək dünyada istənilən nöqtəyə çox iqtisadi olaraq nəql edilər. Müvəqqəti saxlama işləri də ayrılmaq üçün verilir. Quruluşu meydana gətirən bütün elementlər bolt kimi istehsal edilə bilər. Bu xüsusiyyət polad tikinti quruluşunda sökmə, daşıma, dəyişdirmə, böyütmə və ya kiçiltmə əməliyyatlarında minimum zərərsiz vəsait itkisinin qarşısının alınmsını təmin edər. Polad strukturunun inşası və monitorinqi bina strukturunun davamlı təkmilləşdirilməsi, yüksək markalanma səhvləri və kompüter mühitinin yüksək etibarlılığı və davamlılığı sayəsində mümkün olmuşdur.

Metal konstruksiyalar, demək olar ki, hər bir tikinti işində geniş istifadə olunur. Bu binanin özülü və sütunlari da, tavan və pilləkənləri, müxtəlif arakəsmələri və s. Ola bilər. Ff construction şirkəti bütün layihələri mühəndis hesablamalarina və bütün standartlara tam uyğun olaraq həyata keçirir.bina möhkəmliyini itirən zaman – obyektiv səbəblərə görə binaların istismar göstəricilərinin də aşağı olmasından bina və digər tikililər bərpaya ehtiyac duyur. Bu zaman tikilinin sütun və dayaq divarlarına xüsusi metal konstruksiyalar vasitəsilə binaya dayanıqlılıq verilir.metal dirəklərdən və metal profillərdən istifadə edilir. Konstruksiyanın iş şəraitindən, tətbiq olunan armaturun növündən asılı olaraq, armaturlu sement konstruksiyaların çata davamlılığına görə müvafiq kateqoriyaların tələbləri göstərilir və bu tələblərə uyğun olaraq sahədə işlərə başlanılır.

A) 1-ci kateqoriya – çatların əmələ gəlməsinə yol verilmir;

B) 2-ci kateqoriya – çatın eninin qısa müddətli və uzun müddətli məhdud açılışına yol verilir.

Armaturlu sement konstruksiyaların çata davamlılığına görə tələblərin kateqoriyaları elementin boyuna oxuna normal və maili çatlara aiddir. Boyuna çatların açılmasına yol verilməməsi üçün konstruktiv tədbirlər qəbul olunmalıdır (uyğun armatur torların qoyulması), lakin qabaqcadan gərginləşmiş elementlərdə, bundan əlavə, qabaqcadan sıxılma mərhələsində betonda sıxıcı gərginliyin qiyməti məhdudlaşdırılmalıdır.

Texniki vəziyyətin qiymətləndirilməsi – kəmiyyətcə qiymətləndirilən göstəricilərin layihə və normativ sənədlə müəyyən edilən göstəriciləri ilə müqayisəsi əsasında, tikinti konstruksiyalarının və ya bina və qurğuların zədələnmə dərəcəsinin və istismara yararlı olub olmamasını təyin edirik. Texniki vəziyyətin normativ dərəcəsi – tikinti konstruksiyasının və ya bina və qurğuların texniki vəziyyətinin qiymətləndirilməsi üzrə bütün meyarların kəmiyyət və keyfiyyət göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olduğu şəraitdə işə başlanılır. Binanın müasirləşdirilməsi – mövcud normalarla istismar şəraitinə dair irəli sürülən yeni tələblərə uyğun olaraq, köhnə binaların və mənəvi cəhətdən köhnəlmiş avadanlığın dəyişdirilməsi ilə bağlı həcmi-planlaşdırma və memarlıq həllərinin yeniləşdirilməsini nəzərdə tutan xüsusi rekonstruksiya həyata keçiririk. Binanın mənəvi köhnəlməsi – bina və qurğuların əsas istismar göstəricilərinin müasir texniki tələblər səviyyəsindən tədricən (zamanla) azalmasıdır. Binanın fiziki köhnəlməsi – obyektiv səbəblər ucbatından binaların texniki və bununla bağlı istismar göstəricilərinin də tələblərə cavab verməməsinə görə bina və digər tikililər bərpaya ehtiyac duyur. Binalara memarlarımız tərəfindən ilkin baxış keçirilir və onun əsasında yerindən ölçü alınaraq layihənin ilkin çizimlərinə start verilir.