/

Metal konstruksiyaların hazırlanması və quraşdırılması

Metal konstruksiyalar, demək olar ki, hər bir tikinti işində geniş istifadə olunur. Bu binanin özülü və sütunlari da, tavan və pilləkənləri, müxtəlif arakəsmələri və s. Ola bilər. Ff construction şirkəti bütün layihələri mühəndis hesablamalarina və bütün standartlara tam uyğun olaraq həyata keçirir.bina möhkəmliyini itirən zaman – obyektiv səbəblərə görə binaların istismar göstəricilərinin də aşağı olmasından bina və digər tikililər bərpaya ehtiyac duyur. Bu zaman tikilinin sütun və dayaq divarlarına xüsusi metal konstruksiyalar vasitəsilə binaya dayanıqlılıq verilir.metal dirəklərdən və metal profillərdən istifadə edilir. Konstruksiyanın iş şəraitindən, tətbiq olunan armaturun növündən asılı olaraq, armaturlu sement konstruksiyaların çata davamlılığına görə müvafiq kateqoriyaların tələbləri göstərilir və bu tələblərə uyğun olaraq sahədə işlərə başlanılır.

A) 1-ci kateqoriya – çatların əmələ gəlməsinə yol verilmir;

B) 2-ci kateqoriya – çatın eninin qısa müddətli və uzun müddətli məhdud açılışına yol verilir.

Armaturlu sement konstruksiyaların çata davamlılığına görə tələblərin kateqoriyaları elementin boyuna oxuna normal və maili çatlara aiddir. Boyuna çatların açılmasına yol verilməməsi üçün konstruktiv tədbirlər qəbul olunmalıdır (uyğun armatur torların qoyulması), lakin qabaqcadan gərginləşmiş elementlərdə, bundan əlavə, qabaqcadan sıxılma mərhələsində betonda sıxıcı gərginliyin qiyməti məhdudlaşdırılmalıdır.

Digər Fəaliyyətlər